Ankara Yıldırım Beyazıt Universiteti haqqında hər şey

Ankara Yıldırım Beyazıt Universiteti haqqında hər şey

Ankara Yıldırım Beyazıt Universiteti Ankara şəhərində yerləşir.
Ankara şəhəri - Türkiyə Cumhuriyyətinin paytaxt şəhəridir. Türkiyənin ən böyük ikinci şəhərindən biridir. Şəhər 1923-cü ildə paytaxt şəhəri seçilmişdir. Tarixi qədim daş dövrünə qədər uzanır. Ölkənin ən böyük və ən qədim muzeyləri bu şəhərdə yerləşir. Şəhərin adının yunanca mənası "Anküra" gəmi lövbəri deməkdir.

Ankara Yıldırım Beyazıt Univetsitetinin əsası 2010-cu ildə qoyulmuşdur. Türkiyədə 5-ci dövlət universitetidir. 
Tələbə qəbuluna 2011-2012-ci illərdə start verilmişdir. Universitet gənc olmasına baxmayaraq dünyada tanınmış və mühüm yerə sahib 100 xarici dövlət universitetləri ilə müqavilə bağlayaraq əməkdaşlıq etməkdədir. Türkiyə universitetləri içərisində ən yüksək sayda xarici tələbə qəbul edən universitetlərdən biridir. Universitetdə 7 fakültə, 5 institut, 1 konservatura mövcuddur.

İnstitutlar:
Xalq Sağlamlığı İnstitutu
Sağlamlıq Elmləri İnstitutu
Sosial Elmlər İnstitutu
Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutu
Təbiət və Tətbiqi Elmləri üzrə Ali Məktəbi

Fakültələr:
Tibb bacarıqları
Diş həkimliyi
Siyasi biliklər
Mühəndislik 
Təbiət bilikləri
Tibb bacılığı
Hüquqşünaslıq və s.

2015-ci ildə universitetdə "Aviasiya və Kosmik mühəndisliyi" fakültəsi qurulmuşdur.

Sizdə Osmanlı Şirketler Grubu-na müraciət edərək bu universitetin bir parçası ola bilərsiniz.