Kütahya Dumlupınar Universitetinə Qeydiyyat

Kütahya Dumlupınar Universitetinə Qeydiyyat

 

Kütahya Dumlupınar Universiteti

 

Kütahya Dumlupınar Universiteti

Dumlupınar Universiteti 1992-ci ildə yaranıb və Türkiyənin ən prestijli universitetlərindən biri sayılır.

 

Kütahya Dumlupınar Universiteti 3 institut, 9 fakültə, 3 kollec, 14 peşə məktəbi, 3 rektorluğa bağlı ixtisas və 18 tədqiqat mərkəzi ilə fəaliyyət göstərir.

Dumlupınar universiteti diplomu Azərbaycanda problemsiz tanınan universitetlərdən biridir.

Dumlupınar universitetinin diplomları nəinki Azərbaycanda avropanın 30-dan çox ölkəsində problemsiz şəkildə tanınır.

 

Niyə tələbələr Kütahya Dumlupınar Universitetini seçməlidir?

Kütahya İstanbul, Ankara, İzmir və Antalyaya 4 saatlıq məsafə yaxınlığı etibarilə ən rahat şəhərlərdən biridir.

Hava yolu ilə İstanbul 45 dəqiqə, sürətli qatarıyla Ankara 3 saatdır. Nəqliyyatı asan, eyni zamanda tarixi bir şəhərdir. Qədim abidələri, zənginlikləri bünyəsində saxlayan, Friq Vadisi kimi təbii gözəllikləri, yaşıllığı və meşələrilə insanları cəlb edən, Yoncalı, İlıca, Eynali və digər müalicəvi təbii sulu sanatoriyaları ilə gözəl və özəl bir məkandır.

 

Eyni zamanda, Kütahya universitetində oxuyan gənclərə qaynayıb-qarışan və onlara sahib çıxan bir şəhərdir.

Kütahya Dumlupınar Universitetinin üstünlükləri

 

 

Tələbələrin Kütahya Dumlupınar Universitetini seçmələri üçün əsas 6 səbəb var:

 

 1.   Universitet Türkiyənin sayılan-seçilən   ilk 10 universitetindən biridir. Təhsilin   keyfiyyəti həm laboratoriya imkanları, həm də zəngin bir texniki infrastrukturu ilə ölçülür. Universitetin TÖMER kursunda xarici tələbələrin Türk və başqa dilləri öyrənmək şansları var.

2.   Dumlupınar Universitetində dərslər Avropanın Bolonya təhsil sistemi ilə keçilir. “Avropa bölgəsində ali təhsil sənədlərinin tanınması ilə bağlı Konvensiya"ya uyğun olaraq UNESCO-CEPES və Avropa Komissiyası və Avropa Şurası ilə əməkdaşlıq sayəsində inkişaf etdirilən diplom müqaviləsi var.

3.   Diplom Əlavəsi adlanan sənəd verilir ki, bu, beynəlxalq şəffaflığı gücləndirmək məqsədi daşıyır, ölkə xaricindən alınan diplom və dərəcələrin tanınmasına yardımçı olur. Dumlupınar Universiteti də müqaviləni imzalayan və tələbələrə bu diplomu verən universitetlərdən biridir.

4.   Universitetdə dünyanın müxtəlif ölkələrindən çoxlu tələbə var. Hamısı də Kütahyada və onun Dimlupınar Universitetində olmaqdan son dərəcə məmnundurlar. Müxtəlif ölkələrdən gələn bu tələbələrin hər biri öz ölkələrinin bir mədəniyyət elçisidir.

5.   Dumlupınar Universiteti yüksək səviyyədə təhsil imkanları verməklə yanaşı, güclü informasiya texnologiyaları və təchizatı ilə də üst səviyyədə olan bir universitetdir. Türkiyənin ən inkişaf etmiş bir neçə universitetində olan laboratoriya aksesuarlarına və cihazlarına malikdir.

6.   Tələbələr həm Avropa İttifaqı ölkələrində keçərli olan bir diploma sahib olurlar, həm də tarixi, mədəni və təbii gözəlliklərə malik bir şəhərdə həyatın ən gözəl günlərini yaşayırlar.