Mevlana Mübadilə Proqramı haqqında | Türkiyədə təhsil 2022

Mevlana Mübadilə Proqramı haqqında | Türkiyədə təhsil 2022

Mövlanə Proqramı haqqında, Mevlana Mübadilə Proqramında iştirak hüququ, Mevlana Mübadilə Proqramının şərtləri, Mevlana proqramının məqsədi, Mevlana proqramı çərçivəsində təhsil haqqı məsələsi, Mevlana Proqramı ilə əməkdaşlıq edən Azərbaycan Universitetləri və s. kimi mövzular haqqında ətraflı məlumatların hər biri bu məqaləmizdə yer almaqdadır.

Mevlana Proqramı nədir?
Mevlana Mübadilə Proqramı ölkədə təhsil verən ali təhsil müəssisələri ilə xaricdə təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini təmin edən və bütün dünyadakı ali təhsil müəssisələrini əhatə edən proqramdır.
Mübadilə proqramı 23 avqust 2011-ci 28034 saylı qanuna əsasən YÖK(Yüksek Öğretim Kurumu) tərəfindən həyata keçirilmişdir.
Proqrama adı verilən Mövlanənin əsl adı Məhəmməd Cəlaləddindir.

Mevlana Mübadilə Proqramında neçə dəfə və hansı müddətə iştirak etmək mümkündür?  
Tələbələr minumum bir və yaxud maximum iki semestr üçün xaricdə təhsil ala bilərlər. Semestr dövrləri təhsil sistemləri nəzərə alınaraq müxtəlif ola bilər, lakin mübadilə dövrü bir ildən artıq ola bilməz. 
Həmçinin akademik heyət də Mevlana Mübadilə Proqramında iştirak edə bilər. Akademik heyət bir həftədən üç aya kimi xaricdə mühazirə deyə bilər.

Mevlana proqramının məqsədi nədir?
Ən başlıca məqsəd yerli universitetlər ilə xaricdəki, Türkiyədəki universitetlər arasında tələbə və təhsil işçisi mübadiləsini təşkil etməkdir.

Mövlanə Mübadilə Proqramına kimlər qatıla bilər?
1. Tələbənin ali təhsil assosiativ diplomu
2. Assosiativ diplom bakalavr və subakalavr pilləsində təhsil alan tələbənin 4 ballıq GPA üzrə orta balı ən azı 2,53 olmalıdır.
3. 50% dil üzrə bal, 50% GPA
4. CV
5. Namizəd üzrə müraciət forması(Aday öyrenci başvuru formu)
6. Tələbə bileti
7. Xarici pasport

Mevlana proqramına hansı tələbələr müraciət edə bilməz?
1. Azərbaycanda təhsil alan Türkiyə vətəndaşı tələbələr
2. Buraxılış kurs tələbələri: sonuncu kurs magistratura və doktorantura tələbələri

Tələbələr Mevlana Mübadilə Proqramında iştirak edən zaman təhsil haqqı ödəməlidirlər?
Mevlana Mübadilə Proqramı çərçivəsində tələbələr 1 və ya 2 semestrlik transfer olacağı universitetə heç bir təhsil haqqı ödənişi etmədən, öz yerli universitetlərinə təhsil haqqını ödəməyə davam edirlər.

Mevlana Proqramı ilə əməkdaşlıq edən Azərbaycan Universitetləri:
1. Azərbaycan Dövlət İqtisad Universiteti
2. Azərbaycan Universiteti
3. Azərbaycan Dövlət Aqrar Universiteti
4. Azərbaycan Dillər Universiteti
5. Azərbaycan Turizm və Menecment Universiteti
6. Azərbaycan Texniki Universiteti
7. Bakı Dövlət Universiteti
8. Sumqayıt Dövlət Universiteti