Xaricdə təhsil və yaşamaq üçün ən ideal şəhər və universitetlər

Xaricdə təhsil və yaşamaq üçün ən ideal şəhər və universitetlər

Qəbul nəticələri bəlli olduqdan sonra tələbələr və şagirdlərin ən çox düşündürən sual budur ki, hansı şəhərlərdə ucuz, sərfəli təhsil ala biləcəyim universitetlər mövcuddur?
Tələbə üçün təhsildən əlavə bir çox vacib ünsürlər vardır. Tələbənin təhsil alacağı şəhərdə sosial məşğuliyyətin geniş olması, əyləncə və restoranların, həmçinin yaşayış xərclərinin münasib olması da vacibdir. Özəlliklə də xaricdə, öz doğma yurdundan başqa ölkədə təhsil almaq istəyən tələbələrə şəhər önəm daşıyır.

Bunun üçün də universitet seçmək üçün tələbələrin ən yaxşı 10  dost şəhəri bunlardır:
1. Eskişehir - Tələbə şəhəri dedikdə ağıla gələn ilk şəhər Eskişehirdir. Şəhərin münasib olması, eyni zamanda əylənmək üçün yerlərin çox olması, ən əsası yaşlı nəslin az olması bu şəhəri digər şəhərlərdən fərqləndirən xüsusiyyətlərdəndir.
Bu şəhərdə olan universitetlər bunlardır: "Eskişeher Texnik Universiteti, Anadolu Universiteti, Osmangazi Universiteti".
2. Aydın - İzmirin güneyində gözəl bir ege şəhəri olan Aydın şəhəri yer almaqdadır. Adana Menderes universiteti Aydında ən çox seçilən universetlər sırasındadır.
3. Antalya - Ağdəniz incisi olan Antalya Universiteti seçilən şəhərlər arasında 3-cü yeri almaqdadır. Oxuyan tələbələr bu şəhərin insanlarından məmnundur. Şəhərdə eyni zamanda Akdeniz Universiteti yerləşir. Antalyada "Erasmus" tələbələrinin də çox seçdiyi şəhərlərdən biridir.
4. İzmir - Tələbə şəhəri dedikdə ağıla gələn şəhərlərdən biri də İzmir şəhəridir. Gəzməli və əyləncəli şəhərlər arasında olduqca məşhurdur. Şəhərdə Ege Universiteti, Doqquz Eylül Universiteti yerləşir.
5. Çanakkale - Tələbələrin seçdiyi şəhərlər içərisində 5-ci yeri tutmaqdadır. Şəhərdə 18 Mart Universiteti yerləşir. Tələbələr sevimli şəhəri tarixi yerlərin çoxluq təşkil etməsi və ən əsası rahatlığı, gəliş-gedişin asanlığı ilə seçilir.
6. Bursa - Ən çox seçilən şəhərlər arasında geniş yer almaqdadır. Şəhərdə Uludağ Universiteti yerləşir.
7. Ankara - Tələbələrin seçimləri arasında geniş yer alır. Şəhərdə Orta Doğu Universiteti, Texniki Universiteti, Hacettepe Univetsiteti yerləşir.
8. Trabzon - Təbiəti, gözəliyi, gəziləcək yerləri, dənizin olmasına görə seçilən şəhərdir. Şəhərdə Karadeniz Texniki Universiteti yerləşir.
9. Manisa - Şəhərdə Cəlal Bayar Universiteti yerləşir. Eyni zamanda əyləncəli yerlər də az deyil.
10. İstanbul - Ən geniş, ən gözəl şəhər olması ilə seçilən şəhərlərdən biridir. İstanbul Texnik, Boğaziçi, Koç, Sabançı, həmçinin Bahçeşehir Universitetləri mövcuddur.