Xarkov Milli Daxili İşlər Universiteti (Xarkov Polis Akademiyası)
Xarkov Milli Daxili İşlər Universiteto Ukraynanın Xarkov şəhərində yaradılmış ali təhsil müəssisəsidir.
1921-ci ilin iyununda fəaliyyətə başlayan Xarkov Quberniya Polis Məktəbi Ukraynada ilk polis məktəbi olmuşdur. 1922-ci ildə isə Xarkov Quberniya Polis Məktəbi Respublika Polis Akademiyasına çevrildi (həmin vaxt Xarkov SSRİ-nin paytaxtı idi). Və Akademiya Polis əməkdaşları hazırlamağa davam etdi.
Daha sonra polis məktəbi Xarkov Milli Daxili İşlər Universitetinə çevrildi.
Universitetin məzunları dövlət orqanlarında, banklarda, hüquq-mühafizə orqanlarında, məhkəmələrdə, prokurorluq orqanlarında, müxtəlif mülkiyyət formalı müəssisələrdə, müəssisə və təşkilatlarda işləyirlər.
Universitet beynəlxalq əməkdaşlığı artırır, digər ölkələrin ali təhsil müəssisələri ilə yeni əməkdaşlıqlar qurur.
İlkin olaraq Xarkov Milli Daxili İşlər Universiteti də təhsil alan əyani tələbə unikal olaraq qalaçağı yeri biz tərəfindən təklif olunur.
Ortalama olaraq İllik yataqxana xərcləri 480 USD təşkil edir. Aylıq isə 40 dollara Xarici tələbələr yataqxana ilə təmin olunurlar. Wi-Fi çıxışı olan 2-4 nəfərlik otaqlarda ayrı bir blokda yaşayırlar. Tələbələrin müasir texnologiya ilə təchiz olunmuş mətbəx otaqları, kabin və vanna şəkilində olan duşları, şəxsi ehtiyyacları qarşılanması üçün sanzuel otaqlar,paltaryuyan maşınları var. Yataqxana, yerləşmə və təhsilin tam təhlükəsizliyini təmin edən müəyyən edilmiş giriş rejimi ilə universitetin qorunan ərazisindədir. Universitetin ərazisində çox sayda yeməkxana, kafe, bufet, çox rahat istirahət zonası var, və bir bank filialı fəaliyyət göstərir.
İlkin başlanğıc üçün tələbə yataqxana xərclərinin 50% -ni (6 ay) müddətində olaraq ödəmək şansına sahibdir. 240 USD olaraq digər 6 aylıq ödənişi isə universitet yanvar ayında ödənilməsini təqdim edir.Tələbə 12 ay müddətində tətilə çıxdığı zaman Azərbaycana qayıtmaq istəmirsə problemsiz olaraq həmin yataqxanada qala bilmək statusuna sahibdir.
Hər bir Azərbaycan vətəndaşı Ukrayna Dövlətinə giriş etdiyi zaman (istər hava yolu istərsə də quru yolu ilə) 90 gün müddətində yaşamaq haqqında icazə almadan Ukrayna Dövlətində yaşaya bilər.
Əyani qaydada təhsil alan tələbənin isə 4 il müddətində Ukrayna Dövlətində yaşayacağını nəzərə alaraq avtomatik qaydada tələbə Dövlət Miqrasiya Xidməti üzrə qeydiyyata dayanmalıdır (propiska) və qeydiyyat alındığına dair xüsusi pasport sənəd (posvidka) əldə edir. 4 illik qeydiyyata alınmaya dair bütün prosedurları Təhsil alacağı universitetin Xarici Tələbələr üzrə iş Dekanatlığı həyata keçirir.
Bünun üçün isə Tələbə 4 il müddətində tibbi siğorta almalıdır. Bu Siğorta Tələbəyə Universitet tərəfindən təqdim olunur və həmin siğorta şirkəti mütləq şəkildə universitetlə müqaviləsi olur.
Ukraynada yaşayış xərcləri Rusiya ilə digər qonşu ölkələrə nisbətən münasibdir. Burada əsasən yerli məhsullar satılır və qiymətcə xeyli ucuzdur.
Təxminən aylıq 200-300 $ bir tələbənin həm cibxərcliyinə, həm də yataqxana ödənişinə bəs edə bilər. Tələbələrin 80%-inin işlədiyini nəzərə alarsaq xərcləri asanlıqla qarşılamaq mümkündür.
Ukraynada qiymətlər olduqca münasibdir:
- Ağ çörək – $ 0.35 – $ 0.5 ABŞ dollar
- Düyü (1Kiloqram) – $ 0.8 – $ 1.1 ABŞ dolları
- Kartof (1Kiloqram) – $ 0.4 – $ 1 ABŞ dolları (İlin zamanından asılıdır)
- Siqaret (Malboro) – $ 1 ABŞ dolları.
- Su (1.5 şüşə litr) – $ 0.3 – $ 0.5 ABŞ dolları
- Süd (1 litr) – $ 0.5 – $ 0.9 ABŞ dolları
- Yumurta (10) – $ 0.9 – $ 1 ABŞ dollar
Nəqliyyat isə:
- Metro aylıq- 8$- 12$ arası dəyişir.
- Benzin (1 litr) – $ 0.85 – $ 1.05 ABŞ dollarına başa gələcək.