Haqqımızda

showcase image

Osmanlı Şirkətlər Qrupu fəaliyyətinə 2001-ci ildə başlamışdır.

Elə ilk günlərdən xaricdə təhsil almaq istəyən tələbələrin diqqət mərkəzində olan şirkətimiz qısa zaman ərzində istəyinə nail olmağı bacarmışdır. Bəs xaricdə təhsil almaq istəyən tələbələrə şirkətimiz nə vəd edir?

xaricdə təhsil

 

Xaricdə təhsilin üstünlükləri:

xaricdə təhsilin üstünlükləri

  1. Akademik təcrübə - Bir çox alim və professordan akademik təcrübə toplmaq imkanı. Seçdiyiniz ixtisas və fakültədən asılı olaraq siz tədris zamanı ən yüksək səviyyədə bilik və bacarıqlara yiyələnəcəksiniz.
  2. Dil bilikləri - Türkiyə, Rusiya, Gürcüstan, Polşa, İtaliya, Ukrayna və bir çox Avropa ölkəsində ingilis dilində təhsil almaq siz xarici dili ana diliniz kimi mənimsəyib, onun ən xırda incəliklərinə malik olacaqsınız. İmtahan və dərslərin hazırlanmasında heç bir sıxıntınız olmayacaq.
  3. Turizm - Xaricdə təhsil almağın müsbət tərəflərindən biri də təbii ki, əyləncədir. Bu zaman siz təhsil aldığınız ölkənin tarixi yerləri ilə yaxından tanış olub, onun gözəllikləri ilə yaxından tanış olacaqsınız. Bu haqda yaxınlarınıza da danışmağı unutmayın :)
  4. Yeni tanışlıqlar - Əcnəbi dostların sizə nə qədər müsbət təsir edəcəyindən danışmağa ehtiyac olmasa da qısa xatırlatma edək istədik. Yeni tanışlıqlar hər zaman gözəldir. Eləcə də təhsil aldığınız ölkədə müxtəlif ölkələrdən olan tələbələrlə.
  5. Prestijli iş imkanı - Xaricdə bakalavr və magistratura təhsili alan istənilən tələbə hər zaman “yaxşı iş imkanı” haqqında düşünür. Bəs doğrudan da başqa ölkədə təhsil almaq sizə bu avantajı verirmi? Cavabımız əlbəttə ki, müsbətdir. Xarici ölkədə qazandığınız akademik təcrübə, inkişaf etdirdiyiniz dil bilikləri və yeni tanışlıqlar sizə hər zaman ən yaxşı imkanı qazandıracaq.

Məqsədimiz

təhsildə məqsədimiz

Osmanlı Şirketler Grubu olaraq məqsədimiz ildən-ilə əməkdaşlıq etdiyimiz tələbələrimizin sayını artırmaq və ölkəmizə faydalı olacaq işlər görməkdir. İnanırıq ki, gələcəyin ən yaxşı ədəbiyyatçısı, riyziyyatçısı, fizikaçısı və mühəndisi bizim ölkəmizdədir. Biz sadəcə böyük işlər görmək istəyən tələbələrin uğura gedən yolunda iştirakçı, yol yoldaşı və dəstəkçiyik.