Yataqxanalar

Türkiyədə yataqxana xərcləri şəhərlərə görə dəyişir:

Turkiyede Yataqxana Xercleri

Antalya və İzmir - aylıq 200-300 dollar,

Balıkesir - aylıq 120-200 dollar,

Aksaray - aylıq 120-200 dollar və s.

 

Yataqxana qiymətlərinə daxildir: Gündə bir və ya iki dəfə yemək

Dərs qrafikinə uyğun olaraq pulsuz universitetə aparılıb-gətirilmə

Limitsiz internet (WİFİ)

Hər otaqda telefon, təmizlik və paltarların yuyulması, ütülənməsi.

İdman salonu

Kitabxana

Kino günləri

Bufet

 

Yolpulu xərcləri

 

Türkiyədə təhsil zamanı sizin hər il gedib gələcəyiniz bu ölkədə yolpulu şəhərə görə dəyişə bilər. Normal olaraq tələbələrin 85% hissəsi Avtobusla gedir. Avtobusla yolpulu ilin müəyyən vaxtlarından asılı olaraq 80 AZN la 120 AZN arası dəyişə bilər. Türkiyənin Azərbaycana yaxın şəhərlərinə 60 AZN yolpulu ilə getmək mümkündür.

 

Yataqxana xərcləri

 

Türkiyədə yataqana xərcləri şəhərə və univeristetə görə dəyişə bilər. Dövlət yataqxanalarında aylıq 50 dollar, gündə 2 dəfə yemək daxil olmaqla qala bilərsiniz. Lakin nəzərə alsaq ki, Türkiyənin bir çox şəhərlərində təhsil zamanı dövlət yataqxanaları birinci ildən azərbaycanlı tələbə qəbul etmir, siz özəl yataqxanalarda 500 TL, yəni təxmini 150 manat ödənişlə (gündə 2 dəfə yemək daxil) qala bilərsiniz.

 

Yemək xərcləri

Telebeler Ucun Yemek Xercleri

 

Türkiyədə təhsil zamanı tələbələri narahat edən suallardan biri də Türkiyədə yemək xərclərinin nə qədər olacağıdır. Əslində aylıq 500 TL-yə qalacağınız yataqxana sizə gündə 2 dəfə yemək verir (səhər və axşam yeməyi). Günorta yeməyinə gəlincə isə universitet yeməkxanası dövlət yeməkxanası olduğu üçün yeməklər çox ucuz olur, yəni bizim pulla təxmini 1 manata universitet yeməkxanasında 2-3 növ yemək meyvə kampot və s götürə bilirsiniz. Universitet yeməkxanasında hər gün fərqli və yeni yeməklər verilir.