Yaşayış xərcləri

Türkiyədə Yaşayış Xərcləri

Turkiyede yasayis xercleri

Xaricdə təhsil almaq istəyən tələbələrə oradakı yaşayış xərcləri də universitet qədər maraqlıdır. Bəs Türkiyədə yaşayış xərcləri bütün tələbələrə uyğundurmu? Osmanlı Şirketler Grubu olaraq Türkiyədə yaşayış xərcləri haqqında kiçik araşdırmanı sizə təqdim edirik.

Şübhəsiz ki, Türkiyə keyfiyyətli təhsil almaq və daha yaxşı həyat imkanlarından zövq almaq üçün ideal məkandır. Onu da qeyd etməkdə fayda var ki, Türkiyə yaşayış xərcləri və təhsil xərcləri baxımından digər ölkələrlə müqayisədə olduqca münasibdir.

Türk lirəsinin manata nəzərən ucuz olması Türkiyədə təhsil almaq arzusunda olan tələbələri daha da cəlb edir. Buna baxmayaraq, yaşadığınız bölgədən asılı olaraq qiymətlərdə cüzi dəyişikliklər ola bilər. Ümumilikdə isə xərcləri belə qiymətləndirə bilərik:

 

Xarici tələbələr aylıq 200-600 manat məbləğində pulu qida, geyim, əyləncə, qalacaq yer, nəqliyyat və telefon xərcləri üçün xərcləyir.

 

Türkiyədə təhsil haqqı məsələsinə gəldikdə isə qiymətlər ölkəmiz və Avropaya nisbətdə olduqca aşağı olub, təxmini 200-800 manat arasında dəyişir.

Tələbələrin istəyindən asılı olaraq yaşayış üçün universitetlərin yataqxanası və ya kirayə evlər uyğun alternativlər olaraq bilinir.

 

Türkiyədə dövlət yataqxanalarının da qiyməti olduqca münasibdir. Belə ki, onları bəzən KYK-da adlandırırlar və qiymətləri gündə 3 dəfə yemək daxil olmaqla 50 manatdan başlayır.

 

Nəqliyyat xərcləri ortalama avtobus və tramvaylar üçün 40-50 qəpik arasında dəyişir.

Universitet daxilində nahar etmək istəyən tələbələrin isə xərcləyəcəyi məbləğ maksimum 1 manat civarında olur.

 

Türkiyədə Təqribi Yaşayış Xərcləri

Turkiyede telebenin yasayis xercleri

Kirayə evdə qalmaq istəyən tələbələr 2 otaqlı ev üçün 300-350 azn ödəyərək ev kirayələyə bilərlər. Evdə qalan tələbələrin əlavə ev xərcləri kommunal ödənişlərlə birlikdə 30-40 azn təşkil edir.

 

Bir nəfərə qida xərci isə aylıq 40-50 azn olur ki, bu qiymətə əsasən, zəruri qida vasitələri daxildir.

 

 

 

Türkiyədə Semestr Ərzində Ümumi Xərclər

 

 

Kirayə:

1.500 – 2.000 $

Qida:

1.100 $

Nəqliyyat:

300 $

Kitablar:

150 $

 

Qida

 

Tələbə Menyusu:

Təqribən 5 tl

Çörək:

1.25 tl

Su (1 l):

1.5 tl

Meyvə və Tərəvəz (kq):

2-10 tl

Makaron və Düyü (kq):

2-4 tl

Şəkər tozu və Duz (kq)

Təqribən 4tl

Çay/Kofe (bir fincan)

2 tl/5 tl

 

Əyləncə

 

Kinoteatr Bileti:

15 tl

Konsert Bileti:

25 tl-dən başlayır

 

Nəqliyyat

 

Tələbələr üçün Avtobus Bileti:

1.5 tl

Taksimdən Kadıköyə Minibüs Bileti:

7 tl

Taksimdən Beşiktaşa Taksi:

13 tl